Geri qayıt Çap et

Bu marşrut üzrə hərəkət edən avtobuslar yenilənəcək

119 nömrəli müntəzəm marşrutun avtobusları dəyişdirilir.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib. İyunun 1-dən Xırdalan şəhərini metronun “Memar Əcəmi” stansiyası ilə əlaqələndirən 119 nömrəli müntəzəm marşrut üzrə avtobuslar dəyişdiriləcək. Ümumilikdə 20 avtobus 5-6 dəqiqə hərəkət intervalı ilə sərnişinlərin ixtiyarında olacaq. Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gediş haqqı 0,60 AZN təşkil edir.

DenMedia.az