Böyük Qayıdış davam edir - yüzlərlə sakin doğma yurda döndü
Azərbaycanda azad olunmuş ərazilərə Böyük Qayıdış proqramı davam edir.
Növbəti köç mərhələsi Xocavənd, Qırmızı Bazar qəsəbəsi və Xanoba kəndini əhatə edib.
Xocavəndə 39 ailə (176 nəfər), Qırmızı Bazara 16 ailə (63 nəfər), Xanobaya isə 13 ailə (60 nəfər) qayıdır.
Bu ailələr daha əvvəl ölkənin müxtəlif bölgələrində, əsasən yataqxana və sanatoriyalarda yaşayırdılar.
Qayıdan sakinlər ölkə rəhbərliyinə və Azərbaycan Ordusuna təşəkkür edib, həmçinin şəhidlərin xatirəsini yad ediblər.