Bakıdan Kürdəmirə rəmzi sərnişin qatarı yola düşdü
Bakıdan Kürdəmir istiqamətinə “Azərbaycan Dəmir Yolları” şirkətinin rəmzi sərnişin qatarı yola salınıb.
Qatar Bakı Dəmir Yolu Vağzalından hərəkətə başlayıb.
Qeyd olunur ki, Kürdəmir paytaxtdan bölgələrə təşkil olunan sərnişin qatar marşrutları siyahısına daxil edilən növbəti istiqamət olub.
Bakı–Kürdəmir marşrutu üzrə səfər müddəti 3 saat 11 dəqiqə təşkil edir.