Quba–Xınalıq yolunda torpaq sürüşməsi — hərəkət çətinləşdi
Quba–Xınalıq avtomobil yolunda yağışlı hava səbəbindən yolun hərəkət hissəsinə torpaq və daş qırıntılarının düşməsi qeydə alınıb.
Hadisə Quba–Xınalıq avtomobil yolunun 29-cu kilometrində baş verib.
Baş verən hadisə nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib.
İlkin məlumata görə, səbəb son günlər davam edən yağıntılar olub.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.
Hazırda yolun təmizlənməsi və nəqliyyatın hərəkətinin bərpası istiqamətində işlər aparılır.