Abşeron rayonun Məmmədli kəndində su basan ərazilərdə operativ tədbirlər görülür-FOTOLAR
Xəbər verdiyimiz kimi , ölkə ərazisində müşahidə olunan intensiv və normadan artıq yağan leysan xarakterli yağışlar Abşeron rayonu ərazisində bir sıra yaşayış massivlərində ciddi su basmalara səbəb olmuşdu.
Xüsusilə rayonun Məmmədli kəndi ərazisində yağış sularının həyətyanı sahələrə və küçələrə dolması nəticəsində sakinlərin gündəlik hərəkəti çətinləşmişdi, bəzi ərazilərdə isə nəqliyyatın hərəkətində məhdudiyyətlər yaranmışdı.
Mövcud vəziyyətlə əlaqədar olaraq ərazidə bir neçə gündür operativ tədbirlər həyata keçirilir. Abşeron Rayon İcra Hakimiyyətinin Məmmədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və kənd bələdiyyəsinin birgə təşkilatçılığı ilə su basmış ərazilərdə xidmətlər gücləndirilib.
Hazırda ərazilərdə xüsusi texnika və güclü nasoslar cəlb olunaraq həyətlərə və küçələrə yığılan suların çəkilərək uzaqlaşdırılması prosesi davam etdirilir. Aidiyyəti qurumların əməkdaşları fasiləsiz rejimdə çalışaraq suyun səviyyəsinin azaldılması və əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində tədbirlər görür.








Ellada Rəsul
Denmedia.az
nizami