Azad edilmiş ərazilərdə Novruz yarmarkaları keçiriləcək
Azərbaycanda Novruz bayramı ilə əlaqədar martın 13-dən 17-dək “Kənddən şəhərə” yarmarkaları keçiriləcək.
Bu barədə “Aqrar Tədarük və Təchizat” ASC məlumat yayıb. Bildirilib ki, yarmarkalar Bakı və regionlarda ümumilikdə 12 məkanda təşkil olunacaq.
Paytaxtda yarmarkalar “Əhmədli”, “Neftçilər”, “Nəriman Nərimanov”, “Azadlıq prospekti”, “Elmlər Akademiyası” metro stansiyalarının yaxınlığında, həmçinin “Gənclik” metrosu yaxınlığında – Fətəli xan Xoyski küçəsi 5 ünvanında keçiriləcək.
Yarmarkalarda ölkənin 25 rayonundan 146 fermer iştirak edəcək və 145-ə yaxın kənd təsərrüfatı və ərzaq məhsulu təqdim olunacaq.
Bundan əlavə, köçəri yarmarkaların da keçirilməsi planlaşdırılır.
-
16 mart – Cəbrayıl rayonunun Xorovlu kəndində
-
17 mart – Zəngilan rayonunun Ağalı kəndində