Rusiyanın göndəriləcək humanitar yardım təyyarəsi Lənkərana endi
Rusiyanın Fövqəladə Hallar Nazirliyinə məxsus təyyarə İrana göndəriləcək humanitar yardım ilə Lənkərana eniş edib.
İl-76 tipli təyyarə Lənkəran Beynəlxalq Hava Limanına enib. Təyyarə 13 tondan çox humanitar yük – əsasən dərman və tibbi ləvazimatlar gətirib.
Bildirilib ki, yardım avtomobillərlə “Astara” dövlət sərhəd-keçid məntəqəsinə çatdırılacaq və oradan İrana göndəriləcək.