Azərbaycanda üç kəndə yeni ad verilir
Azərbaycanda Quba rayonunun üç kəndinin adı dəyişdirilə bilər. Bu məsələ 11 mart tarixində Milli Məclisin Toponimiya Komissiyasının iclasında müzakirəyə çıxarılıb.
DenMedia.az apa-ya istinadən xəbər verir ki, təklifə əsasən, Quba rayonunda bəzi yaşayış məntəqələrinin adları dəyişdiriləcək.
Belə ki:
• Vladimirovka kəndinin adı Elbir olaraq dəyişdirilməsi təklif olunur;
• Alekseyevka kəndinin adı Çınarlı olacaq;
• Timiryazev qəsəbəsinin adı isə Behralı olaraq dəyişdirilməsi planlaşdırılır.