“Azərbaycan və Suriya qardaş xalqları” şüarı ilə iftar təşkil olundu - FOTO
Azərbaycanın Suriya Ərəb Respublikasındakı səfirliyinin təşəbbüsü ilə, Dəməşq vilayətinin Şərqi Quta bölgəsində yerləşən Əl-Oteyba qəsəbəsinin yerli özünüidarəetmə şurasının təşkilati dəstəyi və Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) dəstəyi ilə 5 və 7 mart tarixlərində Suriyada iftar mərasimi təşkil olunub.
“Azərbaycan və Suriya qardaş xalqları mərhəmət ayında birlikdə” şüarı altında keçirilən tədbir çərçivəsində 500 ədəd iftarlıq ərzaq paketi də paylanıb.

