İrandan daha bir təxliyə: FlyDubai ekipajı Azərbaycana gətirildi - VİDEO
FlyDubai aviaşirkətinin pilotları və ekipaj üzvləri İrandan Azərbaycan ərazisi vasitəsilə təxliyə olunub.
Bu barədə İTV-nin hazırladığı süjetdə məlumat verilib.
Bildirilib ki, təxliyə “Astara” sərhəd-keçid məntəqəsi vasitəsilə həyata keçirilib. Evakuasiya olunanlar arasında Filippin, İtaliya, Cənubi Afrika Respublikası, Qırğızıstan və Malayziya vətəndaşları olan pilot və ekipaj üzvləri var.