Ağsuda bu əraziyə 2 mindən çox ağac əkildi-Tədbirdə bu şəxslərdə iştirak etdi-VİDEO
Ölkəmizdə Kontitusiya və Süverenlik ili eləcədə 8 Noyabr - Zəfər Gününün beşinci ildönümü münasibəti ilə sil-silə tədbirlər davam edir.Bu tədbirlərdə Ağsulularda geniş fəallıq nümayiş etdirirlər.Belə ki, rayonun Rəhimli-Qaradağ kəndlərarası avtomobil yolunun 1,5-ci km-də ağacəkmə aksiyası keçirilib.Aksiyada Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Vətən müharibəsi şəhidlərinin ailələri, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri, rayonun idarə, təşkilat və müəssisələrinin kollektivləri iştirak edib. Ağacəkmə aksiyasında əkilən hər bir ağac tinginə arqotexniki qulluq göstərilib. Bayram günlərində ümumilikdə 2000-dən çox ağacın əkilməsi nəzərdə tutulub.Qeyd edək ki,əkilən ağaclara gələcəkdə qulluq göstərilməsi üçün suvarma məsələləri həll edilib və cavabdehlər müəyyənləşdirilib.İştirakçılar tərəfindən aksiyanın keçrildiyi yarasız tullantılardan təmizlənərək burada torpaq-iqlim şəraitinə uyğyn yeni ağaclar əkilib.
Sil-silə tədbirlər çərçivəsində Ağacəkmə aksiyası başa çatdıqdan sonra rayonda yerləşən istirahət mərkəzlərindən birində Vətən müharibəsi şəhidlərinin ailələri və müharibə iştirakçıları ilə görüş keçirilib.Görüşdə RİH başçısı Rövşən Bağırov şəhid ailələri, Vətən müharibəsi iştirakçıları qarşısında çıxış edərək 2020-ci il sentyabrın 27-də başlanan və Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qısa vaxtda Qələbə ilə başa çatan Vətən müharibəsinin tarixi əhəmiyyətindən danışıb.Vurğulayıb ki, qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti baxımından xalqımız bu qədim şəhərin azad olunduğu günü, 8 Noyabr- Zəfər gününü təntənə ilə qeyd edir.Tədbirdə iştirak edən Vətən müharibəsi şəhidlərinin ailələri, müharibə iştirakçıları dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Aqil Əsədov
nizami