Tarık Papuççuoğlu: “Övladlarıma yük olmaq istəmədim”
Türkiyə teatrının və ekranların tanınmış simalarından Tarık Papuççuoğlu şəxsi həyatı ilə bağlı açıqlamaları ilə gündəmə gəlib.
“Hayat Bilgisi” və “İkinci Bahar” kimi məşhur ekran işlərindəki rolları ilə tanınan aktyor Bodrumdakı həyat tərzindən danışıb.
Asiye Acarın təqdim etdiyi “Pazar Gezmesi” proqramına qonaq olan Papuççuoğlu yaşadığı qonaq evinin qapılarını ilk dəfə tamaşaçıların üzünə açıb.
Daha sadə və rahat həyat sürmək istədiyini bildirən aktyor bu qərarı öz istəyi ilə verdiyini vurğulayıb.
“Övladlarıma yük olmaq istəmədim. Həyatımı asanlaşdırmaq üçün bura yerləşdim”, — deyə Papuççuoğlu bildirib.