Seda Sayan: “Evleneceksen Gel” deyə-deyə saysız-hesabsız evləndim
Türkiyəli müğənni Seda Sayan sosial media fenomeni Sude Belkıs ilə birlikdə KAFA TV-də yayımlanan “Seda Sayan ilə Bacıların Bacısı” proqramında zarafatları ilə diqqət çəkib.
Verilişdə dünyaca məşhur müğənni Dua Lipanın mahnı ilə “manifest” etməsindən danışılıb. Sayan ona ünvanlanan “Siz də etmisinizmi?” sualına sosial mediada gündəm olan cavab verib.
“‘Evleneceksen Gel’ deyə-deyə saysız-hesabsız evləndim. Demək ki, qızlar əvvəl ‘Yıkamazlar Beni’, sonra ‘Evleneceksen Gel’ dinləyirsiniz. Ona görə evləndim demək ki. Amma artıq dinləmirəm, ‘Yıkamazlar Beni’ dinləyirəm”, — deyə Seda Sayan bildirib.