Kenan Doğulu və Beren Saat da saxlanıldı: Tam Siyahı - FOTO
İstanbul Cümhuriyyət Baş Prokurorluğunun Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlər üzrə İstintaq Bürosu tərəfindən “istifadə məqsədilə narkotik və ya stimullaşdırıcı maddə saxlamaq” və “narkotik istifadəsini asanlaşdırmaq” ittihamları üzrə aparılan istintaq davam edir.
DHA-nın məlumatına görə, istintaq çərçivəsində bu səhər İstanbulda yeni əməliyyat keçirilib. Narkotik Cinayətlərlə Mübarizə əməkdaşlarının təşkil etdiyi əməliyyat zamanı barələrində saxlanılma qərarı olan 22 şübhəli nəzarətə götürülüb. Daha 5 nəfərlə bağlı araşdırmaların davam etdiyi bildirilir.
Əməliyyat çərçivəsində saxlanılanlar arasında məşhur müğənni Kenan Doğulu və həyat yoldaşı, aktrisa Beren Saatın da olduğu iddia edilib. İstintaqla bağlı rəsmi qurumlardan hələlik detallı açıqlama verilməyib. Əməliyyatın əhatə dairəsinin genişlənə biləcəyi qeyd olunur.

Saxlanılan şəxslər arasında müğənni və keçmiş model Ayşe Hatun Önal, həmçinin Kenan Doğulunun qardaşı, DJ və aranjimançı Ozan Doğulunun da olduğu bildirilir.

Daha öncə verdiyimiz xəbərə görə, saxlanılan şəxslər arasında teatr və kino aktyoru Enis Arıkanın da olduğu bildirilir.

Məlumata görə, 22 nəfər arasında sosial media fenomeni Kerimcan Durmaz və müğənni Berdan Mardini də var. Əməliyyatın davam etdiyi və saxlanılanların sayının arta biləcəyi qeyd edilir.
Saxlanıldığı bildirilən şəxslərin siyahısı belədir:
- Ayşe Hatun Önal — müğənni
- Tolga Çam — modelyer
- Ferhan Kaya — birjaçı
- Murat Saygı — rejissor
- Enis Ahmet Onat — Fashion TV sahibi
- Ahmet Karoğlu — Beko Ocakbaşı sahibi
- Emre Tari — iş adamı
- Hasan Vatan — Vatan Bilgisayar sahibi
- Kerimcan Durmaz — müğənni
- Kenan Doğulu — müğənni
- Beren Saat — aktrisa
- Mehmet Cem Karcı — rejissor
- Berdan Mardini — müğənni
- Reyhan Küçükyeğen
- Ozan Doğulu — aranjimançı və DJ
- Yaşar İpek — müğənni
- Mehmet Yıldız — model agentliyi sahibi
- Tessy Ramos Correia — model
- Enis Arıkan — aktyor
- Rafet Eren Yorulmazer — memar, Bursa
- Ali Efe Bezci — iş adamı, Ankara
- Selin Ciğerci — internet fenomeni və müğənni, İzmir
Sağlamlıq yoxlamasından keçirilən şübhəlilər ifadələrinin alınması üçün İstanbul Polis İdarəsinin Narkotik Cinayətlərlə Mübarizə Şöbə Müdirliyinin Küçükçekmece rayonundakı mərkəzinə aparılıblar.
İstintaqla bağlı yeni detalların yaxın saatlarda dəqiqləşəcəyi gözlənilir.