CNN onu “öldürdü” - Maykl Cey Foks yayılan xəbərlərə cavab verdi
Amerikalı aktyor Maykl Cey Foks ölümü ilə bağlı CNN telekanalının səhv məlumat yaymasından sonra pərəstişkarları ilə əlaqə saxlayıb.
Deadline nəşrinin məlumatına görə, “Gələcəyə qayıdış” trilogiyasının ulduzunun nekroloqu kanalın saytında təsadüfən yerləşdirilib və dərhal silinib. CNN nümayəndələri aktyordan rəsmi üzr istəyiblər.

Aktyor vəziyyətə ona xas optimizmlə yanaşıb və belə hallarda reallığı yoxlamağın ironik yollarını pərəstişkarlarına tövsiyə edib. O zarafatla bildirib ki, öz ölümü barədə xəbər görəndə dizinə qaynar su tökərək hissiyatı yoxlamaq və ya sadəcə kanalı dəyişmək olar.
“Mən düşündüm ki, dünya dağılır, amma məlum oldu ki, söhbət məndən gedir. Amma mən sağ-salamatam.”
Uzun illərdir Parkinson xəstəliyi ilə mübarizə aparmasına baxmayaraq, 64 yaşlı aktyor dözümlülüyünü qoruyur və həyatdan getməkdən qorxmadığını deyir. O bildirib ki, keçmişdə yaşadığı sınaqlar ona istənilən çətinliyin öhdəsindən gəlməyi və gələcəyə fəlsəfi yanaşmağı öyrədib.