Gökçe Bahadır: “Mahnı oxuyanda bütün dünyanı unuduram” - FOTO
Türkiyəli aktrisa və müğənni Gökçe Bahadır müğənni Melike Şahinin “Türkiyədə musiqiçilik peşəsi layiq olduğu hörməti görmür” sözlərinə münasibət bildirib.
Bahadır qeyd edib ki, o, öz peşəsinə böyük hörmətlə yanaşır və belə bir hisslə yaşamır.

“Mən elə bir hisslə yaşamıram. Öz peşəmə çox hörmət edirəm. Buna görə də onu çox həssaslıqla icra etməyə çalışıram. Aktyorluqda da, səhnədə də özümü çox bəyənirəm. Amma mahnı oxuyanda sanki özümü itirirəm”, — deyə Gökçe Bahadır bildirib.