Ebru Şahindən sevgi etirafı: toksik münasibət istəmirəm - FOTO
Türkiyəli aktrisa Ebru Şahin Alem jurnalına verdiyi müsahibədə sevgi, şəxsi inkişaf və həyat prinsipləri barədə danışıb.
Mən sevgini bütün çətinlikləri birlikdə aşmağa könüllü olduğun, zamanla həyəcanını itirmədən dərin və sakit bir dənizə çevrilən bağ kimi görürəm. Nə məni, nə də qarşımdakı insanı nəyəsə məcbur edən, məcburiyyət və toksiklik üzərində qurulan münasibətin bir parçası olmaq istəmirəm.
Aktrisa bildirib ki, insan özünü qəbul edib sevdiyi zaman başqaları ilə də problem yaşamır. Onun fikrincə, uzunmüddətli sevginin əsas formulu açıq ünsiyyət, qarşılıqlı məkan tanımaq və bir-birini anlamağa hazır olmaqdır.

Ebru Şahin qeyd edib ki, əgər aktrisa olmasaydı, özünü reallaşdıra bilməməyin kədərini yaşayardı.
Mən nə istədiyini bilən və gücünə inanan bir qadınam. Artıq kövrəkliyimi gizlətməkdən çəkinmirəm və özümə əvvəlki qədər yük yükləmirəm.
Aktrisa həmçinin xarakterini belə təsvir edib:

Huzurlu və yaradıcı bir versiyama çatmaq üçün həyatımı sadələşdirirəm.
O əlavə edib ki, əvvəllər daha nəzarətçi olub və yalnız özünə güvənib, lakin zamanla bu baxışı dəyişib.

Təəssüf ki, bu sahədə çətin təcrübələr də yaşamışam. Amma onların hamısı mənim üçün dəyərli dərs oldu.