Azərbaycan səfiri Rusiya XİN başçısının müavini ilə görüşdü
Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin ilə ikitərəfli gündəliyin aktual məsələlərini müzakirə edib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.
Açıqlamada qeyd olunur:
Rusiya-Azərbaycan münasibətlərinin gündəliyində duran aktual məsələlər, həmçinin bəzi beynəlxalq mövzular müzakirə edilib.