Azərbaycanın Gürcüstandakı səfirliyinə təhsil müşaviri təyin edildi
Azərbaycanın Gürcüstandakı səfirliyinə təhsil məsələləri üzrə müşavir təyin edilib.
Azərbaycan Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, bu vəzifəyə Fuad Çıraqov təyin olunub.
Buna qədər Çıraqov Azərbaycan Təhsil İnstitutunun direktor müavini vəzifəsində çalışıb.
O, həmçinin Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində, eləcə də Cənubi Qafqaz Araşdırmaları Mərkəzində müxtəlif vəzifələr tutub. Bundan başqa, ali təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olub.
Fuad Çıraqov Bakı Dövlət Universitetinin Tarix fakültəsini bakalavr və magistr dərəcələri üzrə bitirib. O, həmçinin Gənclərin Xaricdə Təhsili üzrə Dövlət Proqramı çərçivəsində ABŞ-ın Kolumbiya Universitetində sosiologiya üzrə magistr dərəcəsi alıb.