“Qafqazın Xirosiması”: Prezident Ağdamın dağıdılmasını xatırlatdı
"Qarabağ və Şərqi Zəngəzurun bərpası hökumətimizin qarşısında duran əsas prioritetlərdən biridir".
Bunu Prezident İlham Əliyev Ümumdünya Şəhər Forumunun 13-cü sessiyasının WUF13 açılış mərasimində çıxışı zamanı bildirib.
Dövlət başçısı xatırladıb ki, Qarabağ və Şərqi Zəngəzur təxminən otuz il ərzində Ermənistanın işğalı altında olub. Prezident həmin ərazilərdə genişmiqyaslı dağıntıların törədildiyini vurğulayıb.
İlham Əliyev həmçinin qeyd edib ki, Ağdama gələn ziyarətçilər şəhəri Xirosima ilə müqayisə edirlər.
Biz onu “Qafqazın Xirosiması” adlandırırıq, çünki şəhər faktiki olaraq mövcud deyil, — deyə Prezident bildirib.