ABŞ siyasətində yeni ad ön plana çıxır
The Hill nəşri amerikalı jurnalist Taker Karlsonun gələcəkdə ABŞ prezidenti ola biləcəyini istisna etməyib.
Məqalədə qeyd olunur ki, Karlson 2028-ci il Respublikaçılar Partiyasının prezident namizədləri siyahısında Polymarket proqnoz platformasında 7 faizlik göstəriciyə yüksəlib.
Nəşr vurğulayır ki, seçki kampaniyası, partiya strukturu və rəsmi komitəsi olmayan biri üçün bu rəqəm kifayət qədər yüksək hesab olunur.
Bir çoxları prezident Karlson ideyasını absurd sayacaq, amma 2015-ci ildə prezident Tramp haqqında da eyni sözlər deyilirdi, — deyə məqalədə bildirilib.
Donald Trampın Respublikaçılar Partiyası daxilində reytinqinin zəifləməsi fonunda partiyada yeni simaya tələbatın artdığı qeyd olunur.
Məqalədə həmçinin bildirilir ki, Fox News-dan ayrıldıqdan sonra Taker Karlson YouTube və X platformalarında yüz milyonlarla izləyici toplayaraq böyük müstəqil media qurub.