Ukrayna lideri Ermənistan sammitində iştirak edə bilər
Ukrayna prezidenti Volodimir Zelenski 4–5 may tarixlərində İrəvanda keçiriləcək Avropa Siyasi Birliyi sammitində iştirak edə bilər.
Bu barədə Ermənistanın onlayn resursu 168.am öz mənbələrinə istinadən məlumat yayıb.
“168.am-ın mənbələri bildirir ki, Ukrayna prezidenti Volodimir Zelenski sammitdə iştirak etmək üçün Ermənistana da gələcək, lakin Ermənistan Xarici İşlər Nazirliyi onun səfəri ilə bağlı məlumatı hələ də gizli saxlamağa çalışır”, — deyə nəşr yazır.