Yuşşenko Orbana müraciət etdi: "Dayan və keçmişini xatırla"
Ukraynanın sabiq prezidenti Viktor Yuşşenko Macarıstanın baş naziri Viktor Orbana açıq məktub yazaraq onu dayanmağa çağırıb.
Məktub Yuşşenkonun Facebook səhifəsində yayımlanıb.
“Sən yalnız Ukraynaya xəyanət etmirsən — sən həm də **Budapeşt küçələrində sovet tanklarının nə olduğunu bilən öz xalqının yaddaşına xəyanət edirsən. Viktor, dayan və kim olduğunu xatırla”, — deyə Viktor Yuşşenko yazıb.
Sabiq Ukrayna prezidentinin müraciəti Kiyevlə Budapeşt arasında artan gərginlik fonunda səslənib. Münasibətlərdə əsas mübahisə mövzusu enerji məsələsidir.
Bundan əvvəl Viktor Orban bəyan etmişdi ki, Ukrayna “Drujba” neft kəməri ilə bağlı problemi gizlətmək üçün Macarıstan mütəxəssislərinin boru kəmərinə girişinə icazə vermir. Bu açıqlama kəmərin fəaliyyətinin dayandırılmasından sonra verilib.