İlham Əliyevin tapşırığı ilə İrana humanitar yardım çatdırıldı
Azərbaycan İrana humanitar yardım göndərib. Bu qərar martın 8-də Azərbaycan Prezidenti İlham Əliyev ilə İran Prezidenti Məsud Pezeşkian arasında baş tutan telefon danışığından sonra qəbul olunub.
Məlumata görə, yardım İran xalqının mövcud ehtiyaclarının qarşılanması məqsədilə dövlət başçısının tapşırığı ilə göndərilib.
Humanitar yardım Fövqəladə Hallar Nazirliyinin avtomobilləri ilə İrana çatdırılıb. Yardım paketinə 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tondan çox su, təxminən 600 kiloqram çay, eləcə də 2 tona yaxın dərman və tibbi ləvazimat daxildir.