İran zərbələri arxasında səssiz narazılıq: ABŞ İsrailin taktikasından razı qalmadı
Vaşinqton ilə Təl-Əviv arasında İrana qarşı aparılan müharibənin taktikası ilə bağlı fikir ayrılığı yaranıb.
Bu barədə israilli jurnalist Barak Ravid məlumat verib.
Onun sözlərinə görə, ABŞ İsrailin Tehranda yerləşən neft anbarlarına qarşı genişmiqyaslı hücumlarından narazı qalıb.
Ravid bildirib ki, İsrail planlaşdırılan zərbələr barədə əvvəlcədən ABŞ-ı xəbərdar etmişdi. Lakin Pentaqon daha çox dəqiq və məhdud əməliyyatlar gözləyirdi və hücumların bu qədər geniş miqyas alacağını düşünmürdü.
Vaşinqtonda hesab edirlər ki, belə zərbələr İran cəmiyyətini İsrailə qarşı yönəldə və əhalinin mövcud rejim ətrafında daha da birləşməsinə səbəb ola bilər.