ABŞ müdaxiləsi İranı xaosa sürükləyə bilər - tarixçi parçalanma ssenarisini açıqladı
ABŞ ölkədə özünə bağlı marionet rejim qurmağa cəhd edərsə, İranın bir neçə hissəyə bölünməsi ehtimalı yarana bilər.
Bu barədə İranlı tarixçi Fardin Lenta.ru nəşrinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, ABŞ-ın İslam Respublikasına qarşı mümkün hərbi əməliyyatı ölkədə demokratik dəyişikliklərə yox, əksinə xaos və qeyri sabitliyə gətirib çıxara bilər.
“Bombardmanlar və davamlı zorakılıq təhlükəsi orta təbəqəni iflic edir. Halbuki məhz bu insanlar **siyasi dəyişikliklərin əsas hərəkətverici qüvvəsi ola bilərdi”, – deyə Fardin vurğulayıb.
Ekspert hesab edir ki, yaranacaq xaosdan separatçı hərəkatlar istifadə edə bilər. Bu halda isə vahid İran dövlətinin mövcudluğu sual altına düşə bilər.
“Əgər İran bir neçə hissəyə parçalanarsa, bu İran sivilizasiyasının bütöv layihə kimi sonu demək olacaq”, – tarixçi yekun olaraq bildirib.