Azərbaycan 11 nəfəri öz istəyi ilə Ermənistana təhvil verdi
Azərbaycan öz istəkləri ilə bölgəni tərk etmək barədə müraciət etmiş 11 nəfəri Ermənistana təhvil verib.
Ermənistanın əmək və sosial məsələlər naziri Arsen Torosyanın bildirdiyinə görə, təhvil verilən şəxslərdən 10-u Qarabağ ermənisi, 1-i isə etnik rusdur. Proses həmin şəxslərin Azərbaycan və Ermənistanın aidiyyəti qurumlarına təqdim etdikləri şəxsi ərizələr əsasında həyata keçirilib.
Torosyan vurğulayıb ki, qərar tam könüllü xarakter daşıyıb və heç bir məcburiyyət olmayıb.