Türkiyə XİN 20 Yanvar şəhidlərini ehtiramla yad edib
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) 20 Yanvar şəhidlərinin xatirəsini yad edib.
DenMedia.az xəbər verir ki, Türkiyə XİN bununla bağlı paylaşım edib.
“20 yanvar 1990-cı ildə can Azərbaycanın istiqlalı uğrunda şəhid olan azərbaycanlı qardaşlarımızı sayğı və rəhmətlə anırıq”, - paylaşımda deyilir.