Ceyhun Bayramov Yaponiyaya rəsmi səfərə getdi
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rəsmi səfərlə Yaponiyaya yola düşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, səfər çərçivəsində iyunun 10-da nazir Ceyhun Bayramovun yaponiyalı həmkarı Toşimitsu Motegi və digər rəsmi şəxslərlə görüşləri planlaşdırılıb.