Mirzoyan və erməni diplomatlar Azərbaycanla sərhəddə: Zəngəzurda nə baş verir?
Ermənistanın Ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan Şimal-Cənub nəqliyyat dəhlizində görülən işlərlə bağlı Ararat Mirzoyana və erməni diplomatlara məlumat verib.
Denmedia.az xəbər verir ki, Ermənistanın xaricdə çalışan səfirlərinə Sünikdə (Zəngəzurda) tikilən yollar göstərilib.
Erməni diplomatlar həmçinin Aqarək-Kacaran yolunda yeni tunel və körpülərin tikintisi ilə tanış olublar.
Ermənistan–İran sərhədində diplomatlar keçid məntəqəsinin genişləndirilməsi və ikinci körpünün tikintisi layihəsini yaxından izləyiblər.
Xatırladaq ki, bundan əvvəl Azərbaycanla sərhəd olan Qafan şəhərində erməni diplomatların toplantısı olub.(Globalinfo.az)
Sahnaz