Bakının üç rayonunda işıq kəsiləcək
Bakının üç rayonunda iyulun 27-də elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq.
Bu barədə “Azərişıq” ASC-nin mətbuat xidməti məlumat yayıb.
Məhdudiyyətlər təmir işləri ilə əlaqədar Yasamal, Xətai və Suraxanı rayonlarını əhatə edəcək.
Yasamal rayonunda saat 10:00-dan 13:00-dək Nəriman Nərimanov prospektinin və Qədirli küçəsinin bir hissəsində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
Xətai rayonunda saat 09:00-dan 11:00-dək Xətai Rüstəmov, Neapol və Sarayevo küçələrində fasilələr gözlənilir.
Suraxanı rayonunun Hövsan qəsəbəsində isə saat 10:00-dan 15:00-dək Oqtay Şabanov küçəsində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət olacaq.
“Azərişıq”dan bildirilib ki, təmir işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcək.