FHN qeyri-sabit havanın fəsadlarını aradan qaldırır - VİDEO
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin qüvvələri ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin fəsadlarının aradan qaldırılması istiqamətində işləri davam etdirir.
Bu barədə DenMedia.az FHN-ə istinadən məlumat yayıb.
Nazirliyin məlumatına görə, xilasetmə bölmələri fasiləsiz rejimdə güclü küləyin yaratdığı fəsadları aradan qaldırır. Külək nəticəsində avtomobil yollarına və yaşayış evlərinin üzərinə aşan ağaclar təmizlənir.
Bundan başqa, su basmış ərazilərin sudan təmizlənməsi və zərər çəkmiş ərazilərdə təhlükəsizliyin təmin olunması istiqamətində də işlər aparılır.
FHN-dən bildirilib ki, hava şəraitinin yaratdığı fəsadların aradan qaldırılması tədbirləri davam edir.