Xəzərdə yenidən zəlzələ oldu
Xəzər dənizində bu gün dördüncü zəlzələ qeydə alınıb.
DenMedia.az xəbər verir ki, bu barədəAMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Zəlzələ yerli vaxtla 18:11-də qeydə alınıb.
3,5 maqnitudalı yeraltı təkan 51 km dərinlikdə olub.
Qeyd edək ki, bu gün yerli vaxtla 13:05, 13:10, 13:21-də Xəzərdə zəlzələ olub. İlk zəlzələ Lənkəran, Yardımlı, Lerik, Astara, Cəlilabad, Neftçala 4-3 bal hiss olunub.