Sabah yağış və duman sürücülərə çətin anlar yaşadacaq
Sabah Azərbaycanın avtomobil yollarında hava şəraiti ilə əlaqədar görünmə məsafəsi azalacaq.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilir ki, yağış və duman səbəbindən ölkənin bəzi rayonlarının magistral yollarında görünmə məsafəsi 300–800 metrədək enəcək.