“Şəhid anasından Prezidentə Zəfər Günü təbriki”-TAM MƏTN
Hörmətli Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Heydər oğlu Əliyev!
Sizi və Sizin timsalınızda bütün Azərbaycan xalqını 8 Noyabr – Zəfər Günü münasibətilə dərin ehtiramla təbrik edirəm.
Bu möhtəşəm tarix – Azərbaycan dövlətinin və xalqının birliyinin, Sizin uzaqgörən siyasətinizin, dəmir iradənizin və qəhrəman ordumuzun rəşadətinin təntənəsidir. Sizin rəhbərliyiniz altında Azərbaycan xalqı uzun illər həsrətində olduğu torpaqları azad edərək tarix yazdı, dünya birliyinə öz gücünü və ədalətə sadiqliyini nümayiş etdirdi.
Bir şəhid anası kimi mənim üçün 8 Noyabr təkcə Zəfər günü deyil, həm də oğlum Həsənli Elçinin müqəddəs şəhadət günü, yəni Vətən yolunda canını fəda etmiş igidlərin adını əbədiləşdirən gündür. Elçin və onun kimi minlərlə qəhrəman övladın qanı ilə yazılan bu Qələbə, bu xalqın milli qürurunun, Sizin Müzəffər Komandanlığınızın əbədi rəmzidir.
Bu gün ölkəmizin azad edilmiş torpaqlarında həyata keçirilən bərpa və quruculuq işləri, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu, Sizin ədalətə əsaslanan müdrik siyasətinizin bariz göstəricisidir.
Eyni zamanda, şəhid ailələrinə və qazilərə göstərdiyiniz xüsusi diqqət və qayğı, o cümlədən bu siyasətin Abşeron rayonunda uğurla həyata keçirilməsi, biz şəhid ailələri üçün böyük mənəvi dayağa çevrilib. Biz dövlətimizin qayğısını hər addımda hiss edir, bu diqqəti Vətən sevgisinin ən uca forması kimi qəbul edirik.
Hörmətli cənab Prezident,
Sizə möhkəm cansağlığı, uzun ömür və Azərbaycanımızın daha da inkişafı naminə uğurlar arzulayıram.
Allah Vətənimizi, dövlətimizi və Sizi qorusun!
Dərin hörmətlə,
İsmayılova Xatirə Yolçu qızı
Abşeron rayonu
Şəhid anası,
Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri

nizami