Süni intellektlə 371 roman yazan müəllif təhdid və təhqirlərə məruz qaldı - FOTO
Cənubi afrikalı yazıçı Koral Hart süni intellektin köməyi ilə cəmi 20 ay ərzində 371 roman yazıb. Lakin bu faktın üzə çıxması onun ciddi tənqidlərə və təhdidlərə məruz qalmasına səbəb olub.
“The Guardian” nəşrinin məlumatına görə, yazıçı əsərlərini müxtəlif təxəllüslərlə yayımlayıb. Daha sonra kitablarının hazırlanmasında süni intellektdən geniş istifadə etdiyini gizlətməyib.

Bu etiraf ədəbiyyat mühitində böyük narazılıq yaradıb. Ədəbiyyatşünaslar, digər yazıçılar və özlərini aldadılmış hiss edən oxucular Hartı sərt tənqid ediblər.
“Kimsə süni intellektdən istifadə etdiyini etiraf edən kimi ölüm təhdidləri almağa, təhqirlərlə üzləşməyə və cəmiyyətdən təcrid olunmağa başlayır. Məncə, bu qəzəb və nifrətin kökündə insanların süni intellektdən qorxması dayanır”, – deyə yazıçı bildirib.