İran Trampı öldürməyə hazırlaşır? – İsrail kəşfiyyatından ciddi iddia
İranın ABŞ Prezidenti Donald Trampa və onun administrasiyasının yüksəkvəzifəli rəsmilərinə qarşı sui-qəsd hazırladığı iddia olunur.
“Israel Hayom” qəzetinin İsrail və ABŞ rəsmilərinə istinadən yaydığı məlumata görə, İsrailin xarici kəşfiyyat xidməti MOSSAD bununla bağlı məlumatları ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə (CIA) ötürüb.
İddia edilən sui-qəsd planında partlayıcı qurğularla təchiz edilmiş pilotsuz uçuş aparatlarından (PUA) istifadə oluna biləcəyi bildirilir.
Mənbələrin sözlərinə görə, İsrail kəşfiyyatının əldə etdiyi məlumatlar daha bir Qərb ölkəsinin xüsusi xidməti tərəfindən də təsdiqlənib.
“ABŞ xüsusi xidmət orqanları MOSSAD-dan bu məlumatları yoxlamağı xahiş etdikdən sonra İsrail kəşfiyyat məlumatlarını Amerika tərəfinin müraciəti əsasında təsdiqləyib”, – deyə nəşr yazıb.