Kadir İnanırın ölüm xəbərini alan Türkan Şorayın halı pisləşdi - FOTO
Qeyd etdiyimiz kimi, Yeşilçamın usta simalarından Kadir İnanır müalicə aldığı xəstəxanada həyatını itirib.
İnanırın ölüm xəbərini alan yaxın dostu Türkan Şorayın halının pisləşdiyi iddia edilib.
80 yaşlı usta aktrisa Türkan Şorayın acı xəbərdən sonra böyük sarsıntı keçirdiyi bildirilir.

Birsen Altuntaşın xəbərinə görə, Kadir İnanırın vəfat xəbərini Türkan Şoraya meneceri Bircan Silan telefonla çatdırıb. Kədərli xəbəri alan Şorayın halının pisləşdiyi və telefon danışığını davam etdirə bilmədiyi öyrənilib.
Türkan Şoray və Kadir İnanır Türk kinosunun ən unudulmaz aktyor cütlüklərindən biri kimi çoxsaylı filmlərdə birlikdə rol alıblar.