Əməliyyatdan sonra piylənmə niyə təkrarlana bilər?
Endokrinoloq Oksana Lisova bildirib ki, insan cərrahi müalicədən sonra da yenidən piylənmə problemi ilə üzləşə bilər.
Bu barədə “Vesti” məlumat yayıb.
Həkimin sözlərinə görə, belə hal əsasən düzgün qidalanma prinsiplərinə əməl edilmədikdə baş verə bilər.
“Bəzən bir neçə ildən sonra, düzgün qidalanma prinsiplərinə riayət olunmadıqda xəstəliyin təkrarlanması mümkündür”, deyə Lisova bildirib.