Bu yaz hansı geyimlər dəbdə olacaq?
Stilist Aleksey Suxarev bildirib ki, bu yazın əsas dəb trendləri aşağı bel kəsimli geyimlər və çiçəkli naxışlarıdır.
Bu barədə o, NEWS.ru-ya açıqlamasında danışıb.
Onun sözlərinə görə, bu mövsümdə böyük həcmli çantalar, aşağı bel kəsimli cinslər, şalvarlar, ətəklər və donlar xüsusilə aktualdır.
Suxarev qeyd edib ki, mövsümün əsas naxışları arasında noxud naxışı (polka dot) birinci yerdədir. Çiçək naxışları ikinci, zolaqlı dizaynlar isə üçüncü yeri tutur.
Bununla yanaşı, o bildirib ki, həddindən artıq oversize geyimlərdən uzaq durmaq tövsiyə olunur, çünki hazırda daha zərif və səliqəli siluetlər trenddədir.