Kosmosdan Yeni il sehri — NASA möhtəşəm görüntü paylaşdı
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi — NASA — Yer sakinlərinə Yeni il ərəfəsində əsl kosmik hədiyyə təqdim edib. Qurum sosial şəbəkələrdə nəhəng kosmik heyranedici küknar ağacının görüntüsünü paylaşıb.
Söhbət NGC 2264 adlı kosmik obyektdən gedir. Bu, hazırda yeni ulduzların doğulduğu qaz və tozdan ibarət nəhəng buluddur. O, Təkbuynuz (Monoceros) bürcündə yerləşir və Yerdən təxminən 2700 işıq ili uzaqdadır.
Buludun daxilində “Konus” və “Tülkü Kürkü” kimi parlaq dumanlıqlar var. Bu bölgələr gənc ulduzların işığı ilə işıqlanaraq möhtəşəm vizual effekt yaradır.
NASA-nın paylaşdığı kadrda bu kosmik sahə səmada tam Ayın ölçüsündən təxminən üç dəfə böyük görünür. Qırmızı və mavi qaz buludlarının yaratdığı mənzərə isə sanki kainatın özü Yeni ilə bəzədilmiş küknar ağacını xatırladır.