Ağdaşda qanlı münaqişə: 17 yaşlı yeniyetmə 36 yaşlı kişini bıçaqladı
Ağdaş şəhərində 36 yaşlı kişi bıçaqlanıb.
Hadisə tərəflər arasında yaranan münaqişə zamanı baş verib.
İlkin məlumata görə, 17 yaşlı E. Allahverdiyev 36 yaşlı Davud Muxtarova bıçaqla xəsarət yetirib.
Cinayəti törətməkdə şübhəli bilinən yeniyetmə polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.