Qaxda mübahisə qanlı bitdi: 40 yaşlı kişi bıçaqlandı
Qax rayonunda bıçaqlanma hadisəsi baş verib.
Denmedia.az Oxu.Az-a istinadən xəbər verir ki, şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı 36 yaşlı Əmrah Yaqubov 40 yaşlı Elnur Qadaşova kəsici alətlə xəsarət yetirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.