Neft qiymətləri kəskin ucuzlaşdı
Dünya bazarında neft qiymətləri kəskin ucuzlaşıb.
Son ticarət məlumatlarına əsasən, Brent markalı neftin bir barreli 87,9 dollar, WTI markalı neft isə 82 dollar ətrafında ticarət olunur. Qiymətlər son sessiyada 5-10 faizdən çox geriləyib.
Analitiklər qiymət enişini ABŞ və İran arasında gərginliyin müvəqqəti azalması və bazarda neft tədarükü ilə bağlı narahatlıqların zəifləməsi ilə əlaqələndirirlər.