İran böhran dövründə bu qədər neft sata bildi
Yaxın Şərqdə davam edən hərbi münaqişə dövründə İran 18 milyard dollar dəyərində neft satıb.
Bu barədə İranın neft naziri Möhsün Paknejad məlumat verib. Xəbəri Shana agentliyi yayıb.
Nazirin sözlərinə görə, müharibənin aktiv mərhələsində İran 11,5 milyard dollar, atəşkəs dövründə isə əlavə 6,5 milyard dollar dəyərində neft ixrac edib.
Bu nəticənin əldə olunmasına İranın döyüşlər başlamazdan əvvəl təxminən 100 milyon barel xam neft və qaz kondensatı ehtiyatı toplaması imkan verib.
Paknejad bildirib ki, böhranın ən gərgin dövründə belə İran illik büdcədə nəzərdə tutulan neft gəlirlərinin 60 faizindən çoxunu təmin edə bilib.