ABŞ İran neftini gizli şəkildə daşıyıb? Trampdan sensasion açıqlama
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib ki, ABŞ gizli şəkildə milyonlarla barel İran neftini ölkədən çıxarıb.
Onun sözlərinə görə, bu barədə indiyədək hətta Tehran da məlumatlı olmayıb.
Tramp deyib:
Bilirsinizmi, biz milyonlarla barel neft götürmüşük? Bu yaxınlarda gecə saatlarında 22 gəmi götürdük. Çünki onların həmin ərazidə radarı yox idi — biz onu darmadağın etmişdik. Ona görə də neftin qiyməti barel üçün 85 dollardır.