Azərbaycan Ermənistana növbəti yanacaq göndərir
Bu gün Azərbaycandan Ermənistana 15 vaqon (887 ton) dizel yanacağı göndərilir.
Xatırladaq ki, 2025-ci ilin dekabrında Azərbaycandan Ermənistana ilk yük — 22 vaqonla 1218 ton Aİ-95 markalı benzin göndərilmişdi. 2026-cı il yanvarın 7-də məlum olub ki, Azərbaycan Ermənistana yeni partiya — 7600 ton benzin və dizel yanacağı göndərib.