Starbucks geri çəkilir - yerini başqa şəbəkə aldı
ABŞ-ın məşhur Starbucks şirkəti Rusiyada qara-ağ loqotipi üzərində hüquqlarını rəsmi şəkildə itirib. Bu barədə RIA Novosti xəbər verir.
Məlumata görə, hələ 2016-cı ildə qeydiyyatdan keçmiş həmin əmtəə nişanının müddəti başa çatıb və yenilənməyib.
Qeyd olunur ki, bu loqotip altında şirkət Rusiyada vitaminləşdirilmiş içkilər, bitki çayları və hətta alkoqollu məhsullar istehsal edib sata bilirdi.
Bununla belə, şirkət əsas ağ-yaşıl sirena təsvirli loqotipinə olan hüquqları saxlayır. Bu nişan 2025-ci ilin noyabrında yenidən qeydiyyatdan keçirilib və 2034-cü ilə qədər qüvvədə olacaq.
Bildirilir ki, bu sənəd Starbucks-a hələ də loyallıq proqramlarını idarə etməyə və məhsullarını tanınmış simvol altında təqdim etməyə imkan verir.
Qeyd edək ki, 2022-ci ildən etibarən Rusiyada Starbucks şəbəkəsinin yerində yeni sahiblərə məxsus Stars Coffee adlı kafelər fəaliyyət göstərir.