Bakı–Tbilisi–Qars xətti hazırdır: istismara start yaxınlaşır
Bakı–Tbilisi–Qars dəmir yolu layihəsi faktiki olaraq başa çatdırılıb və hazırda istismara verilməsi üçün hazırlıq işləri aparılır.
Bunu Gürcüstan Dəmir Yollarının baş direktoru Laşa Abaşıdze bildirib.
“Layihənin rəsmi şəkildə istismara verilməsi üçün bütün zəruri sənədləşmə işləri aparılır. Bakı–Tbilisi–Qars xətti artıq tam şəkildə istismara hazırdır. Bu layihə Azərbaycan və Gürcüstanın birgə səyləri nəticəsində həyata keçirilib və eksklüziv operator Gürcüstan Dəmir Yolu olacaq,” — deyə Abaşıdze qeyd edib.
Onun sözlərinə görə, layihə strateji əhəmiyyət daşıyır, çünki Gürcüstanı birbaşa Türkiyə ilə birləşdirir, ölkənin nəqliyyat əlçatanlığını artırır və əlavə yük axınlarının cəlb edilməsi üçün yeni imkanlar yaradır.