Məhəmməd Musayev Avropa Kubokunun qalibi oldu
Avstriyanın Qrats şəhərində keçirilən gənclər arasında cüdo üzrə Avropa Kubokunun ilk günündə Azərbaycan cüdoçusu Məhəmməd Musayev qalib olub.
Bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.
66 kiloqram çəki dərəcəsində çıxış edən Musayev turnir ərzində ardıcıl olaraq Almaniya, Xorvatiya, Belçika və Macarıstan təmsilçilərinə qalib gəlib və finala yüksəlib.
Həlledici görüşdə Azərbaycan idmançısı serbiyalı cüdoçu Marko Yorkiçi ipponla məğlub edərək qızıl medal qazanıb.